Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb.
Milli.Az xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə MV Hondius kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar.
Hazırda gəmidə olan daha beş Fransa vətəndaşının yaxın saatlarda ölkəyə qaytarılması planlaşdırılır. Onlar əvvəlcə Kanar adalarında, daha sonra isə Fransada tibbi yoxlamadan keçiriləcəklər.
Bildirilir ki, gəmidə indiyədək səkkiz nəfərdə hantavirus aşkarlanıb və üç nəfər həyatını itirib. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, ÜST yeni pandemiya riskinin olmadığını açıqlayıb.
Asya
Milli.Az