Epşteynin kabinetindən götürülmüş həmin rəsm SATIŞA ÇIXARILDI - FOTO

9 May 2026 14:47

Amerikalı maliyyəçi Ceffri Epşteynin kabinetindən götürülmüş rəsm əsəri "eBay"də 25 000 dollara satışa çıxarılıb. Lakin daha sonra elan silinib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat verib.

İstifadəçilər Ceffri Epşteynin Nyu-Yorkdakı evində iş masasının üzərində asılmış olan Kes van Donqenin "Femme Fatale" rəsminin reproduksiyasını "eBay"də aşkar ediblər.

Milli.Az