Gənc oğlan işlədiyi bağda ÖLDÜ

9 May 2026 09:34

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib.

Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az