“Real” ulduz məşqçi ilə danışıqlara BAŞLADI

9 May 2026 10:11

Madridin "Real" futbol klubu portuqaliyalı mütəxəssis Joze Mourinyonu yenidən komandanın baş məşqçisi postuna gətirmək üçün danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" hesabında məlumat yayıb. Bildirilir ki, tərəflər arasında birbaşa təmaslar artıq başlayıb.

Məlumata görə, hazırda "Benfika"nı çalışdıran Mourinyonun klubda qalması istənilsə də, yekun qərarı "Real"ın prezidenti Florentino Peres verəcək.

63 yaşlı Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb və bu müddətdə İspaniya çempionluğu, kuboku və superkubokunu qazanıb. /Lent.az 

Milli.Az