Qvardiola "ən yaxşı" seçildi: 13-cü dəfə

9 May 2026 09:25

Pep Qvardiola İngiltərə Premyer Liqası tarixində ayın məşqçisi mükafatının sayına görə üçüncü yeri tutur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Mançester Siti" klubunu çalışdıran mütəxəssis apreldə Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilib. Bu, onun İngiltərədəki fəaliyyəti dövründə qazandığı 13-cü mükafatdır.

Qvardioladan daha çox ayın məşqçisi seçilən yalnız Arsen Venger (15 dəfə) və Aleks Ferqyusondur (27 dəfə).

Milli.Az