Zaqatalada güllələnən iş adamı imiş... - FOTOları - Yenilənib

9 May 2026 10:33

Zaqatalada güllələnən 39 yaşlı İsa Bolayevlə bağlı bəzi detallar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.

O, Zaqatalada restoran sahibi olub.

İ.Bolayevin fotolarını təqdim edirik:

xxx

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.

Milli.Az xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Milli.Az