Qumralla yaşlı kişinin rəqsi GÜNDƏM OLDU - VİDEO

11 May 2026 11:05

Müğənni Qumral Musayeva sosial şəbəkələrdə yayılan görüntüsü ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, məclislərin birində lentə alınan video qısa zamanda geniş müzakirələrə səbəb olub. Görüntülərdə sənətçinin yaşlı bir kişi ilə şıdırğı rəqs etməsi izləyicilərin marağına səbəb olub. Toy məclisində çəkilən həmin anlar sosial platformalarda sürətlə yayılıb.

Videoya çoxsaylı rəylər yazılıb. Bəzi istifadəçilər yaşlı kişinin enerjisini və rəqsini bəyəndiklərini bildiriblər. Digərləri isə məclisdə yaşanan səmimi atmosferin diqqət çəkdiyini qeyd ediblər.

Sosial şəbəkələrdə yayılan görüntü qısa müddətdə minlərlə baxış toplayaraq müzakirə mövzularından birinə çevrilib.

Musa
Milli.Az