“Sabah” 27 oyun sonra məğlub oldu

8 May 2026 21:54

"Sabah" Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz"lə qarşılaşıb.

Milli.Az xəbər verir ki, Valdas Dambrauskasın komandası bu matçda rəqibinə 0:1 hesabı ilə uduzub.

Yeganə qolu 46-cı dəqiqədə Rəhman Hacıyev vurub.

Bununla da "Sabah" 27 oyun sonra məğlubiyyətə uğrayıb.

Masazır təmsilçisi bu mövsüm ilk və yeganə məğlubiyyətini 3-cü turda "İmişli"dən almışdı.

Milli.Az