Dünyanın aparıcı qarışıq döyüş sənəti (MMA) təşkilatı olan UFC, iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək möhtəşəm yüngül çəki qarşılaşması ilə yenidən Bakıya dönür.
Gecənin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziev reytinqdə 14-cü yerdə olan nokaut ustası Manuel Torreslə qarşılaşacaq.
UFC® FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-da iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri 13 may, çərşənbə günü saat 10:00-da bilətlərini əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri 14 may, cümə axşamı günü eyni saatda əldə edəcəklər.
2025-ci ildə uğurla baş tutmuş debüt tədbirindən sonra UFC yenidən Bakıya qayıdaraq döyüş idman həvəskarlarına Oktaqonda® daha bir yüksək gərginlikli gecə təqdim edəcək. Dünyanın müxtəlif ölkələrindən olan elit idmançıların iştirakı ilə keçiriləcək bu gecə həm uzun illərin UFC azarkeşləri, həm də yeni izləyicilər üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olmağa namizəddir.
UFC tədbirlərinin böyük maraqla qarşılandığını nəzərə alaraq, azarkeşlərə biletlərə erkən çıxış əldə etmək üçün ufc.com/Baku saytında öncədən qeydiyyatdan keçmək, eləcə də ən son yeniliklərdən xəbərdar olmaq məqsədilə UFC-nin sosial media hesablarını və @fightnightbaku səhifəsini izləmək tövsiyə olunur.
Milli.Az