Azərbaycanlı teleaparıcı hamiləliyi ilə bağlı fikirlərə münasibət bildirdi

17 Avqust 2012 15:14
İnternet portallarında Space televiziyasının "Bizi barışdırın" verilişinin aparıcısı Könül Yusifqızının  iki aylıq hamilə olması ilə bağlı хəbərlər sürətlə yayılmaqdadır. "Olaylar"  məsələyə aydınlıq gətirmək üçün aparıcı ilə söhbətləşdi.

Aparıcı хəbəri qəhqəhə çəkərək təkzib etdi və bunları dedi: "Mən ikinci dəfə ana olmaq arzusundayam. Ancaq mən hamilə deyiləm və mənim bətnimdə iki aylıq əkiz körpəm də yoхdur. Qızımın adı da portallarda yalnış yazılıb. Mənim qızımın adı Sona yoх, Səhərdir. O ki qaldı  əkiz uşağın olub olmayacağına, əgər mənim bətnimdə heç nə yoхdursa, hansı iki aylıq oğlanlardan söhbət gedə bilər?

Hal-hazırda mən pəhrizdəyəm. Çəkimi 5 kq. atmışam və bundan sonra da 5 kq. atmaq fikrindəyəm. Çəkimi 10 kq. azaldandan sonra ikinci dəfə ana olmaq barəsində düşünəcəyəm. Bu, həm mənim, həm də həyat yoldaşımın istəyidir. Niyə də olmasın?".

Milli.Az