Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanında maksimum bal toplayanların adları açıqlanıb.
Milli.Az xəbər verir ki, imtahanda 7 nəfər yüksək nəticə əldə edib. Bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
Adları təqdim edirik:
Məhərrəmli Həsən Ramil oğlu Bakı şəhərində yerləşən 102 saylı orta məktəbin rus bölməsi üzrə 300 bal toplayıb.
Adıgözəlli Ramal Aqil oğlu Bakı şəhərində yerləşən Akademik Z.Əliyeva adına liseyin rus bölməsi üzrə 300 bal nəticə göstərib.
Güləliyeva Aydan Nəriman qızı Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Azərbaycan bölməsi üzrə 300 bal toplayıb.
İsmayılzadə Nərgiz Pərviz qızı Bakı şəhərində yerləşən 103 saylı orta məktəbin Azərbaycan bölməsi üzrə 300 bal nəticə əldə edib.
Ağamalı Elmir Elşən oğlu Bakı şəhərində yerləşən Akademik Z.Əliyeva adına liseyin rus bölməsi üzrə 300 bal toplayıb.
Novruzlu Sübada Rəmin qızı Abşeron rayonu, Xırdalan şəhər 9 saylı tam orta məktəbin Azərbaycan bölməsi üzrə 300 bal nəticə göstərib.
Tışakov Denis Sergey oğlu Bakı şəhərində yerləşən Akademik Z.Əliyeva adına liseyin rus bölməsi üzrə 300 bal toplayıb.
Abbaslı Banu Sənan qızı Gəncə şəhərində yerləşən Xəzər Universiteti nəzdində Gəncə Dünya Məktəbinin ingilis bölməsi üzrə 200 bal nəticə əldə edib./yenisabah.az

Milli.Az