"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq".
Milli.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib.
O qeyd edib ki, hər iki finalda da yaxşı mübarizə aparıblar:
"Düşünürəm ki, yaddaqalan finallar olub. Amma kuboku qazana bilməmişik. Bu dəfə "Sabah" komandası ilə qarşılaşırıq. Hamımız bilirik ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi olublar və matçda da xarakter göstərərək əzmkar qələbə qazanıblar. Çalışırıq ki, oyuna ideal vəziyyətdə çıxaq".
"Rəqib Misli Premyer Liqasında çempionluğu təmin edib, əhval-ruhiyyələri yüksəkdir. Mövsüm ərzində möhtəşəm oyun nümayiş etdiriblər. Finalda kimə qarşı oynayacağımızı başa düşürük. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf olaq", - deyə R.Sadıqov qeyd edib.
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Milli.Az