Bakının Nizami rayonunda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə Milli.Az-a Azəriqaz İB-dən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq 08.05.2026-cı il tarixində saat 12:00-dan işlər yekunlaşanadək E. Süleymanov, M. Şərifli, R. Rüstəmov və C. Naxçıvanski küçələrində qaz təchizatı dayandırılıb.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək.
Milli.Az