Əməkdar artist Vasif Məhərrəmli həmkarı Mətanət İsgəndərli haqqında maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, xanım sənətçi illər boyu çəki problemi yaşayıb və məşhur "Axtarma məni" mahnısının klipi üçün ciddi şəkildə arıqlayıb.
Vasif Məhərrəmlinin sözlərinə görə, müğənni həmin dövrdə xüsusi pəhriz saxlayaraq qısa müddətdə 20 kilo çəki atıb:
"Mətanət İsgəndərli ömür boyu çəki ilə bağlı problemlər yaşayıb. "Axtarma məni" mahnısının klip çəkilişi üçün xüsusi dietaya oturdu. 20 kiloqram arıqladı, 57 kiloya düşmüşdü. Gecə-gündüz yemədi. Klipdə formada görünməyi qarşısına məqsəd qoymuşdu".
O əlavə edib ki, həmin ekran işi dövrünə görə fərqli layihələrdən biri hesab olunurdu və bu gün də aktuallığını qoruyub saxlayır:
"Fərqli klip oldu, bu gün də aktualdır".
Açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər Mətanət İsgəndərlinin illər əvvəlki görüntülərini yenidən paylaşaraq sənətçinin dəyişimini müzakirə ediblər.
Musa
Milli.Az