"Real Madrid"in hücumçusu Kilian Mbappe ilə bağlı onlayn petisiya 40 milyondan çox imza toplayıb.
Milli.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Məlumata görə, azarkeşlər fransalı hücumçunun klubdan uzaqlaşdırılmasını tələb edən genişmiqyaslı onlayn petisiya başladıb və imzaların sayı 40 milyonu ötüb.
27 yaşlı fransalı futbolçu 2024-cü ildə azad agent kimi Real Madrid klubuna keçib. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 200 milyon avro qiymətləndirir.
Kilian Mbappé cari mövsümdə bütün turnirlərdə 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə isə o, Madrid klubunun heyətində 100 oyunda 85 qol və 11 assistlə yadda qalıb.
Mbappé daha əvvəl Paris Saint-Germain klubunda çıxış edib.
Ayxan
Milli.Az