Rusiyalı müğənni Qriqori Leps fiziki formasını necə qoruduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, ifaçı rus mətbuatına müsahibəsində 25 ildir səhərlər səhər yeməyi yemədiyini bildirib:
"Konsertlərimdən əvvəl də heç vaxt yemirəm, mədəm boş olmalıdır. Günorta isə gücüm olsun deyə, az miqdarda protein - balıq və ya qaynadılmış toyuq filesi yeyirəm".
Müğənninin sözlərinə görə, bu həyat tərzi ona enerjisini qorumağa və xüsusilə konsert dövrlərində orqanizmini yükləməməyə kömək edir.
Leps həmçinin idmanın həyatının ayrılmaz hissəsinə çevrildiyini bildirib. Onun evində idman zalı və hovuz var. Bununla belə, sənətçi əsas diqqəti gündəlik gəzintiyə yönəltdiyini vurğulayıb. /Axşam.az
Milli.Az