Damlanı məclisə girən kimi "pul yağışı"na tutdular - VİDEO

9 May 2026 10:43

Azərbaycanlı müğənni Damla iştirak etdiyi məclisdə maraqlı anlarla diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin məclisə daxil olan kimi qonaqlar tərəfindən pul yağışına tutulduğu əks olunub.

Görüntülər qısa zamanda istifadəçilər arasında geniş yayılıb və müxtəlif müzakirələrə səbəb olub. Məclisdə səslənən musiqilər və qonaqların coşqulu qarşılanması diqqətdən yayınmayıb. Xüsusilə Damlanın səhnəyə daxil olduğu anda üzərinə pul səpilməsi izləyicilərin marağına səbəb olub.

Sosial media istifadəçilərinin bir qismi bu addımı sənətçiyə göstərilən sevgi və hörmət kimi qiymətləndirib, digərləri isə belə görüntülərin tez-tez gündəmə gəlməsini tənqid edib.

Musa
Milli.Az