BƏƏ İran tərəfindən buraxılan raket və PUA-ların qarşısını alıb

8 May 2026 09:43

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə qurumun X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.

Qeyd olunub ki, hazırda ölkənin hava hücumundan müdafiə vasitələri İran istiqamətindən buraxılan raket və PUA hücumlarını dəf edir. Nazirlik həmçinin ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin HHM sistemlərinin fəaliyyəti nəticəsində yarandığını təsdiqləyib.

Ayxan
Milli.Az