Bonni Tayler xəstəxanaya yerləşdirilib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dünyaca məşhur britaniyalı müğənni Bonnie Tyler Portuqaliyada təcili xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 74 yaşlı sənətçi bağırsaq problemi səbəbindən əməliyyat olunub və hazırda reanimasiya şöbəsində müalicə alır. Bildirilir ki, o, süni tənəffüs aparatına qoşulub.
Müğənninin nümayəndəsi əməliyyatın uğurla keçdiyini və Bonni Taylerin hazırda bərpa prosesində olduğunu açıqlayıb.
Milli.Az