Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.
Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
"Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər", - Ayxan İslamzadə bildirib.
Milli.Az