Tramp İranla nüvə razılaşmasının şərtlərini AÇIQLADI

8 May 2026 10:38

ABŞ Prezidenti Donald Tramp İranla mümkün yeni nüvə razılaşmasının detalları barədə danışıb.

Milli.Az xəbər verir ki, o bildirib ki, Vaşinqtonun təklif etdiyi saziş Tehranın nüvə silahından tamamilə imtina etməsini nəzərdə tutur.

Ağ Evin yaydığı açıqlamada Tramp İranın ABŞ-yə "nüvə tozu" və digər tələb olunan materialları təhvil verməli olduğunu deyib.

"Bu, sadəcə bir səhifəlik təklif deyil. Mahiyyət etibarilə onların nüvə silahına sahib olmayacağını bildirən bir razılaşmadır", - deyə ABŞ lideri vurğulayıb.

Məlumata əsasən, Trampın "nüvə tozu" ifadəsi ilə İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranı nəzərdə tutduğu bildirilir. ABŞ-nin 2025-ci ilin iyununda həmin obyektlərə hava zərbələri endirdiyi qeyd olunub.

Milli.Az