UEFA Konfrans Liqasının finalçıları bəlli oldu

8 May 2026 09:11

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Kristal Palas" İngiltərədə Ukraynanın "Şaxtyor Donetsk" komandasını qəbul edib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

25-ci dəqiqədə Pedro Enrike Azevedo Pereyra avtoqol edərək İngiltərə klubu önə çıxarıb. 34-cü dəqiqədə Eginaldo hesabı bərabərləşdirib. 52-ci dəqiqədə İsmaila Sarr ingilislərin qələbə topunu vurub.

İlk oyunda da qələbə qazanan (3:1) "Kristal Palas" tarixində ilk dəfə Konfrans Liqasının finalına çıxıb.

Digər qarşılaşmada "Strasburq" Fransada "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Oyun 1:0 hesabı ilə İspaniya klubunun xeyrinə bitib. İlk oyunda da eyni hesabla qalib gələn "Rayo Valyekano" finala adlayıb.

Yeganə qolu 42-ci dəqiqədə Aleşandre Juravski vurub.

Milli.Az