Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb - YENİLƏNİB

8 May 2026 14:33

Mayın 8-də yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

Milli.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

xxx

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

xxx

Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.

Milli.Az xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.

Milli.Az