Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda yol polisindən yayınmağa çalışan gənc sürücü və onun dostlarının qəzaya düşdüyü anlar əks olunub.
Milli.Az xəbər verir ki, avtomobil yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı avtomobildə olan şəxslərin təşviş dolu anları diqqət çəkib.
Görüntülərin yayılmasından sonra sosial media istifadəçiləri məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bir çoxları sürücünün məsuliyyətsiz davranışını tənqid edərək belə halların ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Bəziləri isə gənclərin sürət həvəsinin faciə ilə nəticələnə biləcəyini qeyd edərək sürücüləri daha diqqətli olmağa çağırıblar. Hadisə qısa zamanda internetdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Musa
Milli.Az