Xaricdə baş verən maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub.
Milli.Az xəbər verir ki, bir kişi vaxtilə sevgisinin simvolu olaraq sevgilisinin portretini sinəsinə döymə etdirib.
Lakin münasibət bitdikdən sonra o, döyməni tamamilə sildirmək əvəzinə fərqli addım atmağa qərar verib. Belə ki, kişi keçmiş sevgilisinin portretini dəyişdirərək onu şeytan obrazına bənzər formaya saldırıb.
Döymənin əvvəlki və son görüntüləri sosial mediada sürətlə yayılıb. İstifadəçilərin bir qismi bunu yaradıcı qərar hesab etsə də, digərləri addımı sərt və diqqət çəkmək üçün atılmış davranış kimi qiymətləndiriblər.
Hadisə qısa zamanda internet istifadəçiləri arasında maraq doğurub.
Musa
Milli.Az