Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO

8 May 2026 11:45

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə açdığı canlı yayım zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, verilişi bağlanan aparıcı həyat yoldaşı və həmkarı Günay Baxşəliyeva ilə dialoqu zamanı onun qısqanclığından gileylənib. Cütlüyün səmimi söhbəti sosial mediada müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi onların münasibətini normal ailə söhbəti kimi dəyərləndirsə də, digərləri aparıcının səsləndirdiyi fikirlərə fərqli yanaşıblar.

Zaur və Günay Baxşəliyevin canlı yayım görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib.

Musa
Milli.Az