"Buna görə mənə 10 il efir qadağası qoyuldu"

8 May 2026 08:08

Müğənni Niyam Salami illər əvvəl  televiziyada ona qoyulan qadağadan danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, bildirib ki, Sovet dövründən sonra türk mahnıları ifa etdiyi üçün uzun müddət efirə buraxılmayıb:

"Sovet dövründən sonra məni 10 il efirə buraxmadılar. Deyirdilər ki, türk mahnısı oxuyur. Uzun illər televiziyalara çıxa bilmədim. Şükür ki, indi belə problemlər yoxdur". (Axşam.az)

Milli.Az