"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"

8 May 2026 16:36

Müğənni Mənzurə Musayeva efirdə etdiyi açıqlama ilə maraq yaradıb.

Milli.Az xəbər verir ki, sənətçi bacısı uşaqlarına dəstək olmaq üçün onlara salon aldığını bildirib. Musayevanın sözlərinə görə, obyektin sahəsi 50 kvadratmetrdir və hazırda ailə üzvləri həmin salondan qazanc əldə edirlər.

"Bacı uşaqları üçün salon almışam, 50 kv-dir. Onlar ordan çörək pulu çıxardırlar. Mən salonu açandan sonra pandemiya düşmüşdü", - deyə müğənni qeyd edib.

Mənzurə Musayeva çətin dönəmə baxmayaraq, ailəsinə dəstək olmaqdan geri çəkilmədiyini vurğulayıb. Onun açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Bəzi izləyicilər sənətçinin ailəcanlı davranışını təqdir edərək yaxınlarına sahib çıxmasını nümunəvi addım adlandırıblar. Digərləri isə pandemiya dövründə biznes qurmağın çətinliklərindən söz açıblar.

Musa
Milli.Az