Əməkdar artist Bəsti Bəkirova televiziya aparıcılarının nitq və danışıq tərzini tənqid edən açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi bəzi aparıcıların diksiyasının zəif olduğunu bildirib və peşəkar aparıcının düzgün nitqə sahib olmasının vacibliyini vurğulayıb.
Bəkirovanın sözlərinə görə, əvvəlki dövrlərdə səhnəyə çıxan sənətçilərə danışıq mədəniyyəti, səhnə davranışı və düzgün tələffüz xüsusi şəkildə öyrədilirdi. O qeyd edib ki, hazırda efirdə çalışan bəzi aparıcılar bu məsələlərə kifayət qədər diqqət yetirmirlər.
Əməkdar artist aparıcının əsas vəzifələrindən birinin aydın və akademik danışıq olduğunu deyərək, yüksək reytinqin hər zaman peşəkarlıq göstəricisi olmadığını da vurğulayıb.
"Düzgün danışa bilmir, deyir 1 NÖMRƏYƏM"
Sənətçi həmçinin efirdə peşəkar və savadlı aparıcıların sayının azaldığını düşünərək, tamaşaçıların daha keyfiyyətli nitq və təqdimat gözlədiyini bildirib.
Bəsti Bəkirovanın bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun səsləndirdiyi tənqidlə razılaşsa da, bəziləri müasir efir tərzinin əvvəlki dövrdən fərqləndiyini qeyd ediblər.
Musa
Milli.Az