Xəstə həkiminə böyrəyini VERDİ - VİDEO

8 May 2026 13:25

Türkiyədə baş verən hadisə böyük maraq və duyğu yaradıb. İllərdir eyni həkimin nəzarətində olan pasiyent, sağlamlığı üçün mübarizə aparan həkiminə böyrəyini bağışlayaraq hər kəsi təsirləndirib.

Milli.Az xəbər verir ki, uzun illər davam edən həkim-xəstə münasibəti zamanla dostluğa çevrilib. Bir müddət sonra böyrək çatışmazlığından əziyyət çəkən həkim üçün donor axtarışı başladıqda, onun pasiyenti könüllü şəkildə böyrəyini vermək qərarı alıb. Müayinələrdən sonra uyğun donor olduğu müəyyənləşib və transplantasiya əməliyyatı uğurla həyata keçirilib.

Türkiyə mediasına danışan həkim bu addımın onu çox duyğulandırdığını bildirib:

"İnsanlara illərlə şəfa verməyə çalışdım. Bir gün xəstəm mənə həyat verən insan oldu".

Böyrəyini bağışlayan şəxs isə qərarını belə izah edib:

"İllərlə mənim sağlamlığım üçün çalışan bir insanın çətin vəziyyətdə qalmasına biganə qala bilməzdim".

Hadisə sosial şəbəkələrdə də geniş rezonans doğurub. İzləyicilər bunu insanlıq və fədakarlığın nümunəsi adlandıraraq, həkimlə xəstə arasındakı güvən münasibətinin nadir örnəyi olduğunu qeyd ediblər.

Musa
Milli.Az