"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"

8 May 2026 12:20

Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişində qızı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi övladının gələcək peşəsi barədə danışaraq onu həkim kimi görmək istədiyini bildirib:

"Qızım müğənni olsa, atasının ürəyi partlayar. Bizim sənətimiz incəsənətdir. Mən də istərdim ki, qızım peşəkar həkim olsun. Əsas onun öz seçimidir".

Günel Ələkbərova sənət yolunun çətinliklərindən də söz açıb:

"Qızım istəsə, dəstək olaram. Amma sənətimizin çətin yollarını gördüyüm üçün istəmirəm qızım müğənni olsun. Atası da onu həkim kimi görmək istəyir".

Müğənni qızı ilə bağlı arzusunu isə bu sözlərlə ifadə edib:

"Qızımın kimlərinsə qabağında oxumağını yox, onun qabağında oxusunlar istərdim".

Sənətçinin fikirləri sosial şəbəkələrdə də maraqla qarşılanıb. Bəzi istifadəçilər onun ana kimi narahatlığını anlayışla qarşıladıqlarını bildiriblər, digərləri isə uşaqların seçimlərinə sərbəst yanaşmağın vacib olduğunu vurğulayıblar.

Musa
Milli.Az