Yumurtalı çörək tək başına ləzzətli olsa da, doğru yan qidalarla səhər yeməyi həm daha balanslı, həm də daha iştahaaçan hala gəlir. Yağlı və qızardılmış strukturda olan bu təamı yüngülləşdirmək və süfrəni zənginləşdirmək üçün aşağıdakı seçimlər tövsiyə olunur:
Milli.Az xəbər verir ki, yumurtalı çörəyin yağlılığını tarazlamaq üçün ən yaxşı seçim təzə tərəvəzlərdir. Pomidor, xiyar, bibər və müxtəlif göyərtilər süfrəyə fərahlıq gətirir. Liflə zəngin olan bu tərəvəzlər həzmi asanlaşdırır və səhər yeməyini daha yüngül edir. Üzərinə bir az zeytun yağı və duz əlavə edilmiş rəngli tərəvəz boşqabı vizual olaraq da süfrəni gözəlləşdirir.
Yumurtalı çörəyin ən sadiq müşayiətçisi pendirdir. Ağ pendir, holland və ya lor kimi müxtəlif pendir növləri yumurtanın dadı ilə mükəmməl uyğunlaşır. Pendirin duzlu strukturu proteinlə zəngin olan bu səhər yeməyini daha doyurucu edir. İstəyə görə pendirləri müxtəlif ədviyyatlarla zənginləşdirərək fərqli ləzzətlər əldə edə bilərsiniz.
Duzlu və şirinin birləşməsini sevənlər üçün yumurtalı çörəyin yanında mürəbbə və ya bal təqdim etmək əla ideyadır. Xüsusilə çiyələk mürəbbəsi və ya təbii bal çörəyin dadı ilə xoş bir kontrast yaradır. Bu kombinasiya həm damaqda fərqli bir iz qoyur, həm də günə enerjili başlamağa kömək edir. Xüsusilə uşaqlar üçün bu seçim çox cəlbedicidir.
Yumurtalı çörəkli səhər süfrəsinin olmazsa olmazı isti içkilərdir. Klassik seçim olan təzə dəmlənmiş çay qızardılmış çörəyin yaratdığı yağlılıq hissini aradan qaldırır və dadı balanslaşdırır. Alternativ olaraq süd və ya qəhvə də seçilə bilər. Düzgün içki seçimi səhər yeməyi təcrübəsini tamalayır və həzmə kömək edir.
Bu müşayiətçiləri bir araya gətirərək həm praktik, həm də zəngin bir səhər menyusu hazırlaya bilərsiniz. Güne enerjili başlamaq üçün bu cür çeşidli süfrə ən yaxşı seçimdir.
Lalə Qüdrətova
Milli.Az