Övladı ilə danışığı qınandı - VİDEO

8 May 2026 11:00

Aktyor və aparıcı Məcid Hüseynov bu dəfə ailə videosu ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə Məcid Hüseynovun ad günü tortunu kəsdiyi anlar yer alıb. Videoda oğlunun ünvanladığı suala aktyorun verdiyi cavab sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Bəzi izləyicilər aparıcının reaksiyasını sərt hesab edərək uşağa qarşı daha həssas davranmalı olduğunu bildiriblər. Digərləri isə bunun adi ailə söhbəti və ev halı olduğunu qeyd edərək məsələnin şişirdildiyini düşünüblər.

Görüntülər qısa zamanda müxtəlif platformalarda yayılıb və istifadəçilər arasında fikir ayrılığı yaradıb. Bir qrup izləyici valideyn-övlad münasibətlərinin şəxsi məsələ olduğunu vurğulayıb, digər qrup isə ictimai şəxslərin davranışlarının daha diqqətli olmasının vacibliyini qeyd edib.

Musa
Milli.Az