Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

7 May 2026 22:37

"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-də yeni təyinat olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, qurumun direktor müavini vəzifəsi Hüseyn Əsgərliyə həvalə edilib.

Qeyd edək ki, bu təyinata qədər H.Əsgərli Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Milli.Az