"SpeysX" şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
"Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb",- deyə Mask bildirib.
Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq.
Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq.
Milli.Az