"Azərbaycan musiqisi təsviri sənətdə" günləri Xətai Sənət Mərkəzində 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - Azərbaycan xalqının Müstəqillik gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş "Azərbaycan musiqisi təsviri sənətdə" sərgiləri 13-14-15 may 2026-cı il tarixlərində saat 12:00 və 16:00 olmaqla növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq.
Şüarı - "Azərbaycan səni sevirəm!", mövzusu "Azərbaycan musiqisi " olan festival Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycan musiqi mədəniyyətinə daha çox maraq göstərməsi və sevməsinə xidmət məqsədi ilə
elan olunmuşdur.
Festival çərçivəsində elan olunmuş müsabiqəyə vətəndaşlarımızla bərabər Türkiyə, Pakistan, Xorvatiya, Rusiya, Bolqarıstan və Moldovadan olan 1100-dən çox yeniyetmə və gənc Azərbaycan musiqi alətləri, Azərbaycan rəqsləri, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illustrasiyalar, xəyali musiqi səhnələri kimi təsvirlər təqdim etmişlər.
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyəti Azərbaycan nümayəndəliyi , Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzidir.
Dəstəkçilər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.
Seçimlər müəllifin duyğu və düşüncələri nəzərə alınmaqla, mövzu, ölçü,
yanaşma, kompozisiya, rəng həlli əsas götürülərək seçim heyyəti tərəfindən
yaş kateqoriyasına uyğun aparıldı.
Seçim heyyəti:
Elçin Hüseynli - Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri
Səbinə İsgəndər - Beynəlxalq Suluboya cəmiyyəti Azərbaycan nümayəndəsi
İlham İsmayıl - 2 saylı Uşaq İncəsənət Məktəbi rəssam - pedaqoq
Fərqanə Muradlı - Abşeron Buzovna Art Studiya rəssam - pedaqoq
Akif Yarışov - Azərbaycan Milli Kitabxanası rəssam - pedaqoq
Gündüz Hunlar - Xətai Sənət Mərkəzi rəssam - pedaqoq
Afaq Həbibova - İncəsənət Gimnaziyası rəssam - pedaqoq
Ülviyyə Paşayeva - Günəş Art Studiyanın rəhbəri, rəssam - pedaqoq
Atnur Doğan - Kanada, Özləm Yılmaz Unlu - Türkiyə, Sarfraz Musavvir - Pakistan, Nağı İvvasaki - Yaponiya, Moumita Ghosh - Hindistan və Kauser Hosseyn - Banqladeş.
Seçilmiş əsərlər və müəlliflər: https://online.fliphtml5.com/udgyq/edyw/
Sərgilərin açılış vaxtlari: 8-11 yaş arası 13 may saat 12:00
8-11 yaş arası 13 may saat 16:00
12-14 yaş arası 14 may saat 12:00
12-14 yaş arası 14 may saat 16:00
12-14 yaş arası 15 may saat 12:00
15-21 yaş arası 15 may saat 16:00
Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
Sərgilərdən seçilən hər yaş qrupu üzrə 10 müəllifi festivala dəvət alacaq.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər, həvəsləndirici mükafat, diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Əcnəbilər tərəfindən qəbul olunan əsərlər arasından seçilmiş əsərlər tərəfimizdən çap olunaraq çərçivələnib sərgilənəcək və əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq. (Əcnəbi iştirakçı öz istəyi ilə
əsərinin orjinalını poçtla göndərə bilər)
Əcnəbi əsərləri arasından fərqlənən əsərlər ayrıca mükafatlandırılacaq
Əsəri seçilən əcnəbi öz hesabına sərgilərdə və festivalda iştirak edə bilər.
Müsabiqə və festivalda iştirak ödənişsizdir.
Əlavə suallar üçün +994 51-310-74 01 tel|whatsapp
Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az