Bərdə rayonunda yolun sürüşkən hala düşməsi zəncirvari qəza ilə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisəyə səbəb kimi asfalt örtüyünün üzərinə yağlı maddənin tökülməsi göstərilir. Nəticədə hərəkət edən avtomobillər idarəetməni itirərək bir-birinə çırpılıb.
Şahidlərin sözlərinə görə, yolun həddindən artıq sürüşkən olması sürücülərin maşınları saxlamağını çətinləşdirib və bir neçə nəqliyyat vasitəsi toqquşub.
Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparıldığı bildirilir. Hadisənin dəqiq səbəbləri və xəsarət alanlarla bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunub.
Musa
Milli.Az