Nigar qısa ətəyi ilə diqqət çəkdi - VİDEO

8 May 2026 13:41

Azərbaycanın "Avroviziya" qalibi Nigar Camal məkanların birində çəkilən görüntüsü ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, müğənninin geyim tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə sənətçinin seçdiyi qısa ətək izləyicilərin diqqətini çəkib və müxtəlif reaksiyalar yaradıb.

Bəzi sosial media istifadəçiləri Nigar obrazını bəyəndiklərini ifadə etsələr də, digərləri geyim seçimi ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Qeyd edək ki, sənətçi tez-tez həm səhnə performansları, həm də geyim tərzləri ilə gündəmə gəlir.

Musa
Milli.Az