Narkotiklə bağlı 2 nəfər tutuldu

7 May 2026 15:14

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.

DIN-in mətbuat xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Milli.Az