Bu ölkə də ABŞ-İran danışıqlarına ev sahibliyi etmək istəyir

7 May 2026 14:57

İsveçrə ABŞ ilə İran arasındakı mübahisəni həll etmək üçün danışıqlara ev sahibliyi etməyə hazırdır.

Milli.Az xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Qogelmann TASS-a müsahibəsində deyib.

"İsveçrə sülhün təmin edilməsinə yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır və Xarici İşlər Nazirliyimiz bütün tərəflərlə əlaqə saxlayır", - o əlavə edib.

Milli.Az