"Bavariya" klubunun təcrübəli qapıçısı Manuel Noyer komandada qalmağa yaxındır. Məlumata görə, tərəflər yeni müqavilə ilə bağlı danışıqlarda son mərhələyə çatıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki məlumatına görə, klub rəhbərliyi artıq digər qapıçı namizədlərinin agentlərinə Noyerin daha bir mövsüm Münhen təmsilçisində çıxış edəcəyini bildirib. Alman qolkiperin növbəti mövsümdə də əsas heyətdə yer alacağı gözlənilir.
Bununla yanaşı, gənc qapıçı Yonas Urbiqin daha çox oyun praktikası qazanacağı qeyd olunur. Klub daxilində Noyerin gənc qapıçı üçün həm də mentor rolunu oynayacağı bildirilir.
Xatırladaq ki, "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşmada mübarizəni dayandırıb. İki oyunun nəticəsinə əsasən Almaniya təmsilçisi turnirlə vidalaşıb.
Cari mövsümdə Manuel Noyer bütün turnirlərdə 36 matçda forma geyinib. Təcrübəli qapıçı bu görüşlərdə 39 qol buraxıb, 11 oyunda isə qapısını toxunulmaz saxlaya bilib.
Hüseyn
Milli.Az