Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.
Milli.Az xəbər verir ki, Fransa polisi 127 nəfəri saxlayıb, onlardan 107-si paytaxt Parisdə tutulub.
PSJ yarımfinalın cavab oyununda səfərdə "Bavariya" ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə görə (6:5) Paris təmsilçisi finala yüksəlib.
Oyun bitdikdən sonra azarkeşlər "Parc des Princes" stadionu ətrafında toplaşaraq komandanın uğurunu qeyd ediblər.
Qeyd edək ki, PSJ finalda Londonun "Arsenal" klubu ilə qarşılaşacaq. Matç 30 mayda Macarıstanın paytaxtı Budapeştdə, "Puskas Arena" stadionunda keçiriləcək.
Milli.Az