Xudat-Nabran yolu nə vaxt bərpa olunacaq?

7 May 2026 14:24

İntensiv yağışlar aprelin 6-da Xudat-Nabran yolunun bir hissəsində fəsadlar yaradıb.

Milli.Az xəbər verir ki, bu ötürücüsünün dağılması asfaltın da çökməsinə səbəb olub. Ərazidə müvafiq nişanlar, maneələr var. Alternativ yol müəyyənləşdirilib. Lakin bəzi sürücülər maneələr məhəl qoymaraq ərazidən keçməyə davam ediblər. Nəticədə asfaltın digər hissəsi də çöküb. 

Xudat-Nabran yolu nə vaxt bərpa olunacaq?

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, aprelin 6-sından bağlı olan həmin yolda tezliklə təmir işlərinə başlanılacaq:

"Bundan başqa sel və daşqından zərər görən ümumilikdə 25 yol, yol örtücüsündə bərpa işlərinin aparılması planlaşdırılır. Hazırda bəzi ərazilərdə işlərə başlanılıb".           

Asya
Milli.Az