Lisa Kudrow məşhur Friends serialı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, aktrisa illərdir müzakirə olunan Ross və Reyçel münasibətinə toxunaraq, David Schwimmer tərəfindən canlandırılan Ross obrazını "pis oğlan" adlandırıb. Kudrounun sözlərinə görə, Jennifer Anistonın canlandırdığı Reyçel onunla heç vaxt barışmamalı idi.
O, xüsusilə Rossun Reyçelin iş həyatındakı problemlərə münasibətini sərt tənqid edib. Kudrou bildirib ki, obraz sevgilisinin çətin günlərində ona kifayət qədər dəstək olmayıb və xırda məsələlərə görə əsəbiləşib.
Aktrisa eyni zamanda serialın ssenari komandasında vaxtilə toksik mühit olduğunu da açıqlayıb. Onun sözlərinə görə, bəzi ssenaristlər aktyor heyətini alçaldıcı ifadələrlə tənqid edir, hətta istirahət otaqlarında Courteney Cox və Cennifer Aniston haqqında qeyri-etik müzakirələr aparırdılar.
Milli.Az