İspaniya mətbuatında yayılan məlumatlar gənc futbolçu Lamine Yamalın yaşı ilə bağlı yenidən müzakirələrə səbəb olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sosial şəbəkələrdə paylaşılan köhnə qəzet materiallarında 2015-ci ildə futbolçunun "10 yaşlı Lamine Yamal" kimi təqdim edildiyi diqqət çəkib. Lakin 2026-cı ildəki rəsmi məlumatlarda onun 18 yaşında göstərilməsi bəzi istifadəçilər arasında suallar yaradıb.
Mövzu qısa müddətdə futbol azarkeşləri arasında geniş müzakirə olunmağa başlayıb. Bir çox istifadəçi yaş hesablamaları ilə bağlı müxtəlif iddialar səsləndirib.
Bəzi sosial media hesabları isə məsələni yanlış tarix və arxiv qeydləri ilə əlaqələndirib. Bununla yanaşı, futbolçunun rəsmi sənədlərində hər hansı dəyişikliklə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, "Barselona"nın gənc ulduzu son dövrlər göstərdiyi performansla dünya futbolunun ən çox danışılan adlarından birinə çevrilib.
Hüseyn
Milli.Az