Vladimir Putin yağışlı hava şəraitində etdiyi jestlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Rusiya lideri tədbirlərin birində ölkənin baş nazir müavini Tatyana Golikova ilə birlikdə hərəkət edərkən onun üçün çətir tutub. Həmin anlar kameralara əks olunub və qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Putinin bu davranışı bir çox istifadəçi tərəfindən nəzakətli addım kimi qiymətləndirilib. Sosial mediada paylaşım edənlər ölkə başçısının jestini müsbət qarşıladıqlarını bildiriblər.
Görüntülər xüsusilə xarici mediada da maraq doğurub.
Hüseyn
Milli.Az