Müğənni Seda Sayan şəxsi gigiyena ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli sənətçi münasibətlərdə təmizlik və baxımın vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, ağız qoxusu və gigiyenaya diqqətsiz yanaşmaq ailə münasibətlərində ciddi problemlərə səbəb ola bilər.
Seda Sayan bu barədə danışarkən maraqlı bir hadisəni də bölüşüb. Müğənni bildirib ki, klinik psixoloq olan tanışlarından biri ona pasiyentinin yaşadığı problemi danışıb. Həmin qadın həyat yoldaşını çox sevdiyini, lakin şəxsi baxımsızlıq və ağız qoxusunun münasibətlərinə mənfi təsir etdiyini deyib.
"Bir dostum var, klinik psixoloqdur. Ona bir pasiyenti deyir ki, 'ərimi çox sevirəm, amma qoxladıqda iy verir. Dişlərini fırçalamır, deyir məni belə sev".
Onun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Seda Sayanın fikirləri ilə razılaşdıqlarını bildiriblər.
Musa
Milli.Az