Barış Mançonun dostu evində ölü tapıldı - FOTO

7 May 2026 10:47

Barış Manço ilə uzun illər səhnəni paylaşan zərb alətləri ifaçısı Hüseyin Cebeci Bodrumdakı evində ölü tapılıb.

Milli.Az xəbər verir ki, məlumata görə, yaxınları ondan xəbər ala bilmədikləri üçün evinə gediblər və musiqiçini ov tüfəngi ilə vurulmuş vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə gələn həkimlər onun həyatını itirdiyini müəyyən ediblər.

Bir vaxtlar Kurtalan Ekspres qrupunun üzvü olan Cebecinin ölümü ilə bağlı polis geniş araşdırmaya başlayıb. Hadisənin intihar və ya qətl olub-olmadığı ekspertiza nəticələrindən sonra dəqiqləşəcək.

Musiqiçinin cəsədi ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Muğla Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. 

Milli.Az