Kriştiano Ronaldo və nişanlısı Corcina Rodrigez Nyu-York küçələrində paparatsilərin obyektivinə tuş gəlib.
Milli.Az xəbər verir ki, görüntülərdə xüsusilə Corcinanın seçdiyi dəbdəbəli aksesuar diqqət mərkəzinə çevrilib. O, dünyaca məşhur Hermes brendinə məxsus limitli "HAC Shoulder JPG 42" çantası ilə görüntülənib.
Məlumata görə, eksklüziv modelin qiyməti təxminən 90 min dollar, yəni 153 min manat civarındadır. Çanta məşhur "Haut a Courroies" dizaynı əsasında hazırlanıb və məhdud sayda istehsal olunduğu üçün kolleksiyaçılar arasında xüsusi maraq doğurur.
Moda həvəskarları sosial şəbəkələrdə Corcina Rodrigezin bahalı aksesuar seçimini geniş müzakirə ediblər. Bir çox istifadəçi çantanın nadir modellərdən biri olduğunu vurğulayıb.
Musa
Milli.Az