2026-cı ilin may ayı bəzi bürclər üçün taleyüklü dəyişikliklər və arzuların gerçəkləşməsi ilə yadda qala bilər. Astroloqların fikrincə, bu dövrdə kainatın enerjisi düzgün qərarlar, gözlənilməz fürsətlər və həyatdakı mühüm dönüşlər üçün xüsusi imkanlar yaradır.
Milli.Az xəbər verir ki, xüsusilə üç bürc üçün may ayı sevgi, karyera və şəxsi həyatda yeni başlanğıcların qapısını açacaq.
Tərəzi
May ayı Tərəzilər üçün karyera və status baxımından dönüş nöqtəsi ola bilər. Uzun müddətdir gözlənilən cavablar gələcək, yeni iş və inkişaf imkanları yaranacaq. Maliyyə və tərəfdaşlıq mövzularında da sabitlik hiss olunacaq.
Balıqlar
Balıqlar üçün may emosional yenilənmə, sevgi və ilham ayıdır. Münasibətlərdə xoş dəyişikliklər, yaradıcı uğurlar və ailə ilə bağlı sevindirici xəbərlər gündəmə gələ bilər.
Əqrəb
Əqrəblər üçün bu ay böyük daxili dəyişikliklər və münasibətlərdə yeni mərhələ vəd edir. Köhnə problemlər arxada qala, şəxsi həyatda daha sağlam və dürüst başlanğıclar yarana bilər.
Fidan
Milli.Az